Birgəyaşayış Dəyəri Kimi Milli Maraq Konteksində
Xülasə
Milli marağı siyasət, dəyərləri isə tarixi inkişaf (müstəqillik, coğrafi məkan, iqlim, təbii ehtiyatlar və s.) formalaşdırır. Qərb mütəfəkkirləri bəzən milli maraq anlayışının dini ideologiyadan qidalandığını iddia edirlər. Dolayısı ilə dəyərlərin fərdlərin inancından doğduğunu deməyə çalışırlar. Belə ki, kilsələrin dövlət idarəetməsində mühüm yerə malik olduğu dövrlərdə insanların şəxsi maraqları dini ritualların təlqin etdiyi şəkildə inkişaf və təzahür edirdi; məsələn, cəhənnəmə düşməmə qorxusu. Belə ki, milli marağın təlqin olunmasında günah işlətməmək vasitə kimi irəli sürülür və atılan hər bir addımda həmin vasitə gözləniləndir; məsələn, teokratik idarəetmə sistemində dominant dinin daşıyıcısı olmaq, onu təbliğ etmək və qorumaq əsas prinsip kimi irəli sürülürdü. Bir çox hallarda dominant dinə sitayiş etməyənlər sıxışdırılır, bəzi hallarda ən böyük günah sahibi kimi təqdim olunurdu. Dünyəvilik (sekyularizm) ideologiyası siyasi idarəetmə sistemində özünə nüfuz qazandıqdan sonra, milli marağın fundamental konsepsiyası dəyişdi. Belə ki, artıq milli maraq plüralizmi, yəni dominantlıq anlayışı əsasında inanc, irq və cinsdən daha çox insan amilinin dayandığını diktə etməyə başladı. Belə olan halda, bir insan eyni zamanda müxtəlif sosial kimliyə malikola bilərdi; məsələn, azərbaycanlı olmalqla yanaşı, müsəlman, xristian, yəhudi ola bilər və ya hər hansı dinin mənsubu olmaya bilərsən, həmçinin bu mənada etnik mənsubiyyətin vətəndaşlıq kimliyindən sonra gəlir.
Aparılan araşdırmalar göstərir ki, dəyərlərin qorunması və inkişafı üçün iki əsas faktor mövcuddur: müstəqillik və təhlükəsizlik. Yəni müstəqillik və təhlükəsizlik (eyni zamanda, özünəməxsus mədəniyyəti yaşatmaq, kimliyini qorumaq, etiqadını sərbəst yaşamaq və s. nəzərdə tutulur) təmin edilmədikcə, birgəyaşayış ənənəsinin əsas özəyi olan həmrəylik, dözümlülük, mədəni müxtəliflik və s. kimi dəyərlər yad təsirlərə məruz qalır, aşınma prosesi başlayır, həmin dəyərlər tədricən parçalanmağa və yox olmağa başlayır. Bu mənada, dəyərlərin təşviqi, həmçinin nəsillər arasında dəyərlərə loyallığın davamlılığını təmin etmək məqsədilə həm fərd və cəmiyyət, həm də dövlət tərəfindən gözlənilməli olan bir sıra meyar mövcuddur ki, onlar dövlət siyasətinin əsas özəyini təşkil etməlidir.
Məqalədə birgəyaşayış mədəniyyətinin qorunmasının milli maraqlar kontekstində təzahürü, eləcə də bu sahədə dövlətin əsas prioritetlərinin hansı addımlardan ibarət olduğu öz əksini tapır. Qeyd olunan məqamları müqayisəli təhlil etmək, müxtəlif ölkələrdə bu sahədə aparılan dövlət siyasətini oxucuların diqqətinə çatdırmaq yazının əsas məqsədidir.

Açar sözlər
milli maraq, birgəyaşayış, universal dəyər, milli dəyər, milli azlıq, ədalət