Bildiriler

Ənənəvi ərəb dili qrammatikasının tədrisində Abdulqahir əl-Curcaninin “Avamil əl-Miə” əsəri mötəbər mənbə kimi (Qafqaz İslam təhsil müəssisələri nümunəsində) Awamil al-mi’a “ by Abd al-Qahir al Jurjani as a reliable source in teaching traditional Arabic grammar (The case study of Caucasian Islamic educational institutions) Произведение Абдулькахира аль-Джурджани «Авамиль аль-Миа» как заслуживающий доверия источник в области преподавания традиционной арабской грамматики (на примере кавказских исламских образовательных учреждений)

Şəms Bağırova Azərbaycan İlahiyyat İnstitutunun xarici əlaqələr üzrə baş mütəxəssisi Müəllif

Xülasə

Orta əsr İslam mədəniyyətinin görkəmli nümayəndələrindən biri də Abdulqahir əl-Curcanidir. Ədib, dilçi alim, görkəmli filoloq kimi tanınmış Abdulqahir əl-Curcaninin ərəb dilçiliyi elminə verdiyi töhfələr dəyərli və danılmazdır.
Ərəb dilinin bütün incəliklərinə bələd olan, eyni zamanda nəhv sahəsində də öz sözünü demiş Əbu Bəkr əl-Curcani “imam ən-nihad” – “dilşünasların öndəri, ərəb dili və ədəbiyyatında imam, ən böyük ustad” hesab olunur.
Rus dilçi alimi Girqasa görə, farsmənşəli olmasına baxmayaraq, ərəb və türk dillərinə mükəmməl şəkildə bələd olan əl-Curcani istedadlı alim, ensiklopediyaçı, lakin hər şeydən öncə qrammatika, ritorika, stilistika, ədəbiyyat və İslam hüququ sahəsində mütəxəssis olmuşdur. Sovet tarixçisi və şərqşünası Filştinski onun qrammatika sahəsində hərtərəfli biliyə malik olması, “Qurani-Kərim” üzərində müşahidələrə əsaslanan dərin araşdırmalar aparmaq qabiliyyəti, özünəməxsus təlimi ilə müasir dövrümüzə xas bir sıra dərin nəzəri məsələləri qabaqladığını qeyd edir.
Ənbəri Curcanini öz dövrünün korifey dilçilərindən biri kimi təqdim edir və göstərir ki, o, Əbu Hüseyn Məhəmməd ibn əl-Hüseyn əl-Farisinin tələbəsi olub, öz əsərlərində daha çox ona müraciət etmişdir.
Camaləddin Əbul-Hüseyn əl-Qıftınin rəyincə, Curcani özü də qısa zamanda elm və ədəbiyyat sahəsində məhşurlaşmış, bir sıra möhtəşəm əsərlər yazmışdır. Qifti bu əsərlər cərgəsində onun Əbu əli Farisinin “İzah” əsərinə yazdığı şərhin, “əl-Avamil” və “əl-Cuməl” (“Cümlələr”) əsərlərinin adını çəkir.
Alimin qrammatikaya dair qələmə aldığı əsərlərin arasında ən diqqətəlayiq olanı məhz bu hesab olunur.“Əl-Avamil əl-miə” söz və cümlələrin mənasına təsir edən yüz amildən bəhs edən qrammatika kitabıdır. Müasir ərəbşünas alim V.Qirqas əl-Curcaninin qrammatikanın mahiyyətini adıçəkilən əsərində qısa və aydın şəkildə göstərdiyini qeyd edir.
Həm ərəblər, həm də ərəb dilini öyrənən qeyri-ərəblər üçün nəzərdə tutulan “Əl-Avamil əl-miə” kitabı sadə və anlaşıqlı dili, Quran, hədis və cahiliyyətdövrü ərəb ədəbiyyatından gətirilən nümunələr onun ilk ərəb dili qrammatika kitablarından olmasının başlıca səbəblərindəndir.
Bir çox alimlər tərəfindən ərəb dili stilistikasının ayrıca elm sahəsi kimi yaradıcısı olaraq qəbul edilən Abdulqahir əl-Curcaninin “əl-Avamil əl-Miə” əsəri uzun müddət tatarlar, türklər tərəfindən ərəb dilinin qrammatikasına dair dərslik kimi istifadə olunmuşdur. Sözügedən kitab Azərbaycanda ali və orta təhsil müəssisələrində ərəb dilinin ibtidai səviyyədə tədrisi üçün əlverişli vəsait olmuşdur.
Abd al-Qahir al-Jurjani is one of the prominent representatives of the Islamic civilization of the Middle Ages. The contribution of Jurjani, who is known as a linguist, an eminent philologist, is valuable and undeniable in Arabic linguistics.
Abd al-Qahir al-Jurjani, who knows all the subtleties of the Arabic language, is considered to be the «imam al-nihad» the leader of linguists, the imam in Arabic language and literature, the greatest master.
According to the Russian linguist Girgas, al-Jurjani, a talented scholar who is fluent in Arabic and Turkish, is a specialist in grammar, rhetoric, style, literature and Islamic law, although he was a scholar of Persian origin. Soviet historian and orientalist Filshtinsky notes that he put forward a number of deep theoretical issues so characteristic of our modern era with his comprehensive knowledge of grammar, the ability to conduct in-depth studies based on observations on the Qur’an.
Anbari presents Jurjaani as one of the outstanding linguists of his era and shows that he was a student of Abu Hussein Mohammed ibn al-Hussein alFarisi and often referred to him in his writings.
According to Jamal ad-din Abul-Hussein al-Qifti, al-Jurjani became one of the great scholars in a short time and wrote a number of magnificent works. He notes the names of al-Jurjani’s works, such as “Al-Awamil al-Mia” and “Jumal”.
The most prominent among the works of the scholar in grammar is this work. “Avamil al-Mia” is a grammar book that talks about hundreds of factors that influence the meaning of words and sentences. V.Girgas notes that alJurjani clearly and briefly explains the essence of the grammar in the mentioned work. The book was considered a valuable resource for teaching Arabic in high and secondary schools in Azerbaijan.
The book Al-Awamil al-Mia is intended for Arabs and non-Arabs learning Arabic. Simple and understandable language, examples from the Arabicliterature of the Qur’an, Hadith and Jahiliyah period are among the main reasons making this work from the first Arabic grammar books.
The work “Al-Awamil al-Mia” by Abdul-Qahir al-Jurjani, who was recognized by many scholars as the founder of the stylistics of the Arabic language as a separate branch, was a separate branch, for a long time used by the Tatars and Turks as a textbook on Arabic grammar. The book was considered a valuable resource for teaching Arabic in higher and secondary educational institutions of Azerbaijan.
Абд аль-Кахир аль-Джурджани является одним из выдающихся представителей Исламской цивилизации средних веков. Вклад Джурджани, известный как лингвист, выдающийся филолог, в арабскую лингвистику ценный и неоспоримый.
Абд аль-Кахир аль-Джурджани, который знает все тонкости арабского языка, в то же время сказал свое слово в области «нахв», считается «имамом ал-нихад» «лидером лингвистов, имамом по арабскому языку и литературе, величайшим мастером».
По мнению русского лингвиста Гиргаса, несмотря на то, что аль-Джурджани был ученым персидского происхождения, он был талантливым ученым, прекрасно владеющим арабским и турецким языками, специалистом по грамматике, риторике, стилистике, литературе и исламскому праву. Советский историк и востоковед Фильштинский отмечает, что он выдвинул ряд глубоких теоретических вопросов, характерных для нашей современной эпохи со своим всесторонним знанием по грамматике, умением проводить глубокие исследования на основе наблюдений по Священному Корану.
Анбари представляет аль-Джурджани как одного из выдающихся лингвистов своей эпохи и отмечает, что он был учеником Абу Хусейна Мухаммеда ибн аль-Хуссейна аль-Фариси и часто ссылался к нему в своих трудах.
По мнению Джамал ад-дина Абул-Хусейна аль-Кифти, аль-Джурджани за короткое время продвинулся в области науки и литературы и написал ряд великолепных произведений. Среди этих произведений он отмечает комментарий аль-Джурджани к произведению Абу Али Фариси «Изах» и его произведения «Аль-Авамил аль-Миа» и «Джумал».
Именно это произведение считается наиболее выдающимся среди работ ученого по грамматике. «Авамиль аль-Миа» это книга по грамматике, в которой говорится о сотне факторов, которые влияют на значение слов и предложений. Современный ученый-востоковед В. Гиргас отмечает, что аль-Джурджани ясно и кратко объясняет суть грамматики в упомянутом произведении.
Книга «Аль-Авамил аль-Миа», предназначенная как для арабов, так и для людей другой национальности, изучающих арабский язык, из-за своего простого и понятного языка, примеров из арабской литературы периода Корана, хадисов и джахилийи является одной из первых книг по грамматике арабского языка.
Произведение Абд аль-Кахира аль-Джурджани «Аль-Авамиль альМиа», которое было признано многими учеными основателем стилистики арабского языка как отдельной области науки, долгое время использовалось татарами и тюрками в качестве учебника по арабской грамматике. Эта книга считалась ценным ресурсом для преподавания арабского языка на начальном уровне в высших и средних учебных заведениях Азербайджана.