Bildiriler

Şeyx Qalib Poeziyası İslam Dini Müstəvisində Şeyx Qalib Poeziyası İslam Dini Müstəvisində

Gülər AMEA Nizami Gəncəvi adına Ədəbiyyatı İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsinin dissertantı Yazar

Öz

Şeyx Qalib XVIII əsr türk divan ədəbiyyatının son ən böyük nümayəndəsi hesab edilir. Şairin əsl adı Mehmed Əsəd olmuşdur. O, 1757-ci ildə İstanbulda böyük mövləvi şeyxi olan Mustafa Rəşid Əfəndinin ailəsində dünyaya gəlmişdir. Atası təsəvvüf əhli olub mövləvilik təriqətinin nümayəndələrindən idi. Şair kiçik yaşlarından mövləvi söhbətlərinin əhatəsində olmuş və onların təsiri altında boya-başa çatmışdır. Bütün bunlar dünyagörüşünün formalaşmasında ciddi rol oynamışdır. İlk təhsilini atasından alan şair ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Həmçinin o, Qurani-Kərim hafizlərindən idi. Şeyx Qalib bir müddət vəfat edən atasının mövləvixanasında yaşamış, sonra Konyaya gəlmiş, Mövlana dərgahında şeyxlik etmişdir. Bu hadisə III Səlimin taxta çıxdığı vaxtlara təsadüf edir.
Tarixdən bəllidir ki, III Səlim şeir və şairə sevgi bəsəyirdi. O, Şeyx Qaliblə tanış olmazdan əvvəl onun şeirləri ilə tanış idi. “O həm də şairin şeirlərindəki qüdrətə heyran olduğu üçün onun divanına 3 000 lirə sərf edərək yazdırmış və cildlətdirmişdir” (3, 383.) Hökmdar şairi saraya dəvət etdiyi zaman özü onu qarşılayaraq görüşmüş və şairə ehtiramını bildirmişdir. Bir müddət sonra hökmdarın arzusu ilə Galata mövləvixanası əsaslı şəkildə təmir olunmuş, oranın şeyxi vəzifəsi Şeyx Qalibə həvalə edilmişdir. Şeyx Qalib 24 yaşında divan bağlamış, 26 yaşında onu bütün dünyada məşhur edən “Hüsn və Eşq” məsnəvisini yazmışdır. Bu əsərlə özünə ölməzlik qazanmış, Nazim Hikmətin dili ilə desək, “Bir şöləsi var ki, şəmi canın, fanusuna sığmaz asimanın”, – deyərək onu qiymətləndirmişdir.
Şeyx Qalib divanı üzərində apardığımız araşdırmadan məlum olur ki, şair divanında peyğəmbərlərlə bağlı qissə və rəvayətləri poetik düşüncənin dili ilə oxuculara çatdıra bilmişdir. Peyğəmbərlərə sevgi, onların vəsfi təsəvvüf ədəbiyyatında xüsusi yer tutan mövzulardan biri kimi bütün sənətkarların yaradıcılıq mənbəyi olmuşdur. Bu məsələ barəsində S. Hacı yazır: “Təsəvvüf ədəbiyyatında Peyğəmbərlə (ə.s.) bağlı yazılmış şeirlərin bir neçə özəlliyi var; bu şeirlərdə peyğəmbər sevgisi, peyğəmbər obrazı, peyğəmbər əxlaqı ana mövzulardan biridir. Bu mövzu təsəvvüf təliminin ayrılmaz tərkib hissəsidir. Bu şeirlərin üslubunda nəsihət ruhu hakimdir, onların təlim, təbliğ yönü çox güclüdür”. Biz şairin divanında təkcə peyğəmbərlərlə bağlı rəvayətlərə deyil, dövrün tanınmış şəxsiyyətləri ilə bağlı əhvalatlara da rast gəlirik.
Divanda yer alan qissələrin Qurani-Kərimdən gəlməsi Şeyx Qalib poeziyasının dini-təsəvvüfi qaynağını şərtləndirən əsas amillərdən biridir. “Qissə” kəlməsinin etimoloji anlamının parça, hissə mənasını verməsi, orada olan əhvalatların bir hissəsinin nəqli deməkdir. Dinlə ədəbiyyatın əlaqəsi özünü ən qədim abidələrdə – mifologiyada, folklor mətnlərində, Antik yunan və Roma əsatirlərində, eləcə də təkallahlılığın yaranmasından sonra qədim səmavi kitablarda (Tövrat, İncil, Quran) bir çox süjet və obrazların incəsənət və ədəbiyyatda öz əksini tapmasıilə büruzə verir. E.Meletinski ədəbiyyatla dinin vəhdətindən bəhs edərək yazırdı: “Söz sənətinin genezesi iki cəhətdən sinkretik xarakterdə olan ibtidai mədəniyyətə aparıb çıxarır: birincisi odur ki, burada incəsənətin, dinin və ətraf aləmlə bağlı ilkin təsəvvürlərin başlanğıcı sinkretik vəhdət halında çıxış edirdi; ikincisi, bədii fəaliyyətin ilk növləri bu və ya digər dərəcədə dini ayinlərlə bağlı olurdu.
Burada söhbət incəsənətin dinə tabe olmasından deyil, məhz onların ilk addımlarının ayrılmazlığından gedir”.