Bildiriler

“Azərbaycan Modeli” Dialoq və Birgə Mövcudluq İdeyalarının Təcəssümü Kimi “Azərbaycan Modeli” Dialoq və Birgə Mövcudluq İdeyalarının Təcəssümü Kimi

Şölət AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Davamlı inkişafın fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi Yazar

Öz

“Hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, hamınızı bir ümmət edərdi. Elə isə dayanmayın, xeyirli işlərdə bir-birinizlə yarışın”.
Müşahidələr göstərir ki, indi beynəlxalq müstəvidə sülh və təhlükəsizlikdən danışmaq dəb halını alsa da, Yer üzündə böyük sülh və əmin-amanlıqdan – hər kəsi qane edəcək stabil dünyadan, birgəyaşayış ənənələrinin təntənəsindən bəhs etmək mümkün deyildir. Problem nəzərdən keçirilərkən məlum olur ki, onun silsilə – fəlsəfi, ontoloji, siyasi, dini, etnik, milli, coğrafi və s. səbəbləri vardır və bunlar göydədüşmə deyildir. Mübaligəsiz desək, indi fəlsəfə, elm, din, siyasət, və. s. humanitar aspektlər, sanki zəmanənin sərt çağırışları kontekstində bir növ refleksiyalarını itirmiş kimi görünür. Zira problemin ontoloji əsaslarına nəzər etdikdə görürük ki, burada günah təsisatlarda deyil, insandadır: Texniki, iqtisadi, siyasi maraqlar və nəfsin əsarətinə düşmüş insan, bir növ, indi mənəvi əsaslarını itirməkdədir. Vaxtilə bu kimi əsaslardan çıxış edərək böyük mütəfəkkir Xose İ Qasset izah edirdi ki, “İndi əsas məsələ növün xilası olmasdır”. Müasir
İslamdan söhbət gedərkən tanınmış alim və din xadimlərindən bu qəbildən çoxlu misal gətirmək olar: Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qardaş ölkə Türkiyə təmsilçiləri ilə həyata keçirdiyi Simpozium bu kimi həyəcanlara elmi, fəlsəfi, etiqadi refleksiyadır – birgəyaşayış təmin edilməlidir!
Təbii ki, Qərblə-Şərq müqayisə olunarkən Yaxın Şərqdə baş verənlər göstərir ki, insanlığın əbədi arzusu olan birgəmövcudluq və birgəyaşayış ənənələrinə nail olmaq elə də asan məsələ deyildir. Təkcə Suriya böhranını və Türkiyəyə axan böyük insan kütlələrini xatırlatmaq bəs edir ki, söhbətin nədən getdiyi aydın olsun. Afrika və Yaxın Şərqdən Avropaya pənah aparan insanların taleyindən isə danışmağa belə dəyməz! Vaxtilə Ermənistanın təcavüzü nəticəsində ölkəmiz də ciddi problemlərlə üzləşdi və hazırda da üzləşməkdədir. Böhran fundamentaldır. Bütün bunlar göstərir ki, XX əsr Qərb filosoflarının dəfələrlə həyəcan təbili kimi qaldırdıqları məsələlər həqiqətən də həyata keçdi: insan elmdə, texnikada və s. böyük üfüqlərə çatdı. Bir şeyə çata bilmədi – humanizmin, etik-əxlaqi məsələlərin, birgəyaşayışın və multikulturalizmin təntənəsinə. Bu, faktdır və zərurətdən çıxış edərkən görürük ki, ölkəmizdə birgəyaşayışa və birgəmövcudluq ənənələrinə apellyasiyalar sübut edir ki, “Azərbaycan modeli” kimi dünyaya təqdim olunan dialoq platformaları hər kəs üçün nə qədər vacibdir. “Azərbaycan modeli” platformalarının strategiyası göstərir ki, bütün mədəni, siyasi, humanitar layihələr dialoq platformalarında həll olunmalıdır.
“Bakı prosesi” platforması çərçivəsində baş tutan forumlar, humanitar konfrans və layihələr göstərir ki, Azərbaycan dünyada multikulturalizm, tolerantlıq və dialoq platformalarını humanitar siyasətin əsas aktoruna çevirməklə birgəmövcudluq strategiyasını həyata keçirir. Fakt burur ki, ölkəmizdə ta qədimdövrlərdən bu günədək qeyri-monoteist ənənələrin nümunəsi kimi, Atəşgah məbədi, yəhudi və Xristianlıq məbədləri, müsəlman məscidləri bərabər mövcud olmuş, hazırda da öz fəaliyyətlərini birgəmövcudluq “çətiri” altında davam etdirirlər. Bu birgəmövcudluq ənənələri xalqımızın ruhu ilə bərabər, İslamın müqəddəs prinsiplərindən irəli gəlir. İndi ölkə ərazisində elə bir dini-tarixi abidə tapmazsan ki, o, dövlətin dəstəyindən bəhrələnməsin. Bu, əslində, müasir dünyaya xas olan nadir nümunələrdəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbirincə desək, “Öz tarixiboyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir”. Bu, brgəyaşayışın təntənəsidir.
Tezisi belə ümumiləşdirmək olar:
– qloballaşma prosesi müasir sivilizasiyalar üçün vacib bir çağırışı irəli sürür: Şərqin də, Qərbin də ümumi inkişafı naminə dialoq və birgəmövcudluq ənənəsinə apellyasiya etmək;
– dialoq bərabərsizliyini aradan qaldırmaq imkanına malik olmasa da, o, tərəflər arasında anlaşmanı, “ortaq məxrəci” özündə ehtiva edən bir prosesdir;
– Azərbaycanın həyata keçirdiyi humanitar və mədəniyyət layihələri göstərir ki, mədəniyyətlərin, dinlərin, sivilizasiyaların dialoq və əməkdaşlığını həyata keçirmədən Yer üzündə birgəyaşayışı təmin etmək mümkün deyildir.