İbn Xəldunun Cəmiyyət Konsepsiyasının Birgəyaşayış Prinsipi Aspektindən Təhlinili İbn Xəldunun Cəmiyyət Konsepsiyasının Birgəyaşayış Prinsipi Aspektindən Təhlinili
Аннотация
İbn Xəldun bir sıra mühüm mülahizələrində müasir dövr Qərb mütəfəkkirlərini bir neçə əsr qabaqladığından, onu müasir tarix fəlsəfəsinin və sosiologiyanın banisi kimi qəbul edirlər. İbn Xəldun özündənəvvəlki yunan-Roma tarix fəlsəfəsindən fərqli olaraq, siyasi fəlsəfi deyil, daha çox sosial fəlsəfi təhlillər aparır, aydın şəkildə yeni elmin əsasını (“elm al-umran”) qoyduğunu bəyan edirdi. “Umran” anlayışının dəqiq məzmununu açmaqla onu tərcümə etmək kifayət qədər çətin olsa da, müasir dövrdə bunu tarix fəlsəfəsi və ya sosiologiya ilə eyniləşdirirlər.
Elm al-umran tarixi hadisələr arasındakı səbəbiyyət əlaqələrinin, sivilizasiyanın əsas inkişaf qanunauyğunluğunun öyrənilməsinə diqqət yetirir. İbn Xəldun ərəb-müsəlman sivilizasiyasının iki mühüm inkişaf səviyyəsini – “umran badavi” (primitiv, köçəri) və “umran xadari” (şəhər, oturaq həyat tərzi) – bir-birindən fərqləndirir. Tarixi inkişaf sikli mütəmadi olaraq onların birindən digərinə keçidi nəzərdə tutur. Hər iki inkişafsəviyyəsində insanları bir sosial sistemdə (cəmiyyətdə) birləşdirən mühüm sistem yaradıcı bir əlamət mövcud olmalıdır. İbn Xəldun belə əlaməti asabiyya (sosial həmrəylik) adlandırır.
İbn Xəldunun fikrincə, insan öz mahiyyətinə görə ictimai varlıqdır, çünki Allah insanı elə yaradıb ki, onun həyatı və yaşayışı qida olmadan mümkün deyil. Bu mənada nəinki mənəvi ehtiyaclar, hətta fiziki ehtiyaclar da insanı cəmiyyət halında yaşamağa sövq edir. Belə ki, lazım olan qidanı əldə etmək üçün ayrıca bir insanın kifayət qədər qüvvəsi yoxdur, bunun üçün onun bütün həyatı kifayət etməz, bu səbəbdən insanların birgəyaşayışı zəruridir.
Müasir dövr Avropa tarix fəlsəfəsində, xüsusilə K.Marksın irəli sürdüyü ictimai-iqtisadi formasiya təliminin əsasında duran iqtisadi determinizm prinsipinə ilk dəfə İbn Xəldunun “Müqəddimə” əsərində rast gəlirik. İbn Xəldunun fikrincə, birincisi, cəmiyyət həyatı onun maddi bazası, yaşayış vasitələrini təmin etmə üsulları ilə müəyyən olunur, deməli, hər şeydən əvvəl cəmiyyətin istehsalı təşkiletmə formaları – bədəvi (kənd) və xadari (mədəni) – nəzərdən keçirilməlidir. İkincisi, cəmiyyət həyatını formalaşdıran hakimiyyətdir, cəmiyyətin bu və ya digər siyasi strukturudur. Bir halda ki, bu siyasi hakimiyyət cəmiyyətdə ishehsalı təşkil etmə formaları ilə müəyyən olunur, onda siyasi təşkilatlanma problemi həmin istehsal formalarına nəzərən ikinci yerdə nəzərdən keçirilir. Üçüncüsü, cəmiyyət həyatının bütün yerdə qalan digər məsələləri – birinci iki prinsipdən, yəni ishehsalı təşkiletmə formasından, siyasi strukturdan törəmədir – onlardan sonra nəzərdən keçirilir.