Материалы

İslam Tarixində Məzhəblərarası Problemlərin Əsas Səbəbləri İslam Tarixində Məzhəblərarası Problemlərin Əsas Səbəbləri

Aslan Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Автор

Аннотация

Həzrət Məhəmmədin (s) əsas vəzifəsi nazil olan ayələri insanlara çatdırmaqla yanaşı, həm də izah etmək idi. Ortaya çıxan problemlərin həlli məsələsində yeganə səlahiyyət sahibi Həzrət Peyğəmbərin (s) özü idi. Onun sağlığında xırda ixtilafların xaricində müsəlmanlar arasında ciddi problemlər olmamışdır.
Həzrət Peyğəmbərin (s) vəfatından dərhal sonra başlayan xilafət/imamət mübahisəsi müsəlmanlar arasında bu günə qədər davam edən ixtilafların bünövrəsi kimi görünə bilər. Şiəlik bu dövrdə ortaya çıxmışdır.
İlk iki xəlifə dövründə hökm sürən qismi sakitlik üçüncü xəlifə Osman ibn Əfvanın xilafətinin ikinci altı ilində pozulmuş, Əli ibn Əbu Talib dövründə isə dərinləşərək bölünməyə səbəb olmuşdur. İndiki dövrə qədər mövcudluğunu qoruyub saxlayan xaricilik məhz həmin dövrdə ortaya çıxmışdır.
Sonrakı dövrlərdə cəbriyyə, qədəriyyə və mötəzilə məzhəbləri yaranmışdır. Daha sonra fiqh məzhəbləri ortaya çıxmış, bir müddət sonra isə adlarını saydığımız əqidə və fiqh məzhəblərimaturidilik, əşərilik və sələfilik adı altında qruplaşmışlar. Sonrakı dövrdə isə bu üç əqidə məzhəbi əhli-sünnə adı altında toplanmışdır.
Beləliklə, ortaya çıxdığı ilk gündən bu günə, əsasən, üç məzhəb – əhli-sünnə, şiə və xaricilik mövcudluğunu qoruyub saxlamışdır. Bu əsas məzhəblər də öz daxillərində bölünmüşlər.
Məzhəblər tarixinə baxdığımız zaman onlar arasında həmrəyliklə yanaşı, bir çox halda problemlərlə də qarşılaşırıq.
Araşdırmalar göstərir ki, Orta əsr İslam tarixində məzhəblər arasında baş verən problemlərin əsas səbəblərindən biri dövrün siyasi hakimiyyətinin atdığı addımlar idi. Məsələn, mötəzilənin təhrikləri nəticəsində Abbasi dövləti tərəfindən Quranın məxluq olduğunu qəbul etməyənlərə qarşı zorakılıq tətbiq edilmiş, bir çox alim işgəncə görmüş, hətta vəfat edənlər də olmuşdur. Fikri müstəvidə ortaya çıxan mübahisə siyasətin işə qarışması nəticəsində ciddi problemə çevrilmişdir.
Bunun başqa bir nümunəsi isə büveyhilər dövründə baş vermişdir. Hakimiyyətə gələn büveyhilər şiələr lehinə bəzi dəyişikliklər etmiş, başda hənbəlilər olmaqla, sünni müsəlmanların etirazına səbəb olmuşlar. Beləliklə, iki tərəf arasında münaqişə baş vermiş, qan tökülmüşdür.
İslam tarixində məzhəblərarası gərginliyin başqa bir səbəbi dözümsüzlük və məzhəb təəssübkeşliyi olmuşdur. Məsələn, hənbəli məzhəbinə mənsub bəzi qrupların hərəkətləri cəmiyyətdə gərginlik yaratmışdır. Tənqidlərə qarşı dözümsüz olan bu insanlar başqa məzhəb mənsublarına qarşı sərt reaksiya göstərmiş, bu isə öz növbəsində, müsəlmanlar arasında ciddi ixtilaflara səbəb olmuşlar. Dözümsüzlük o həddə gəlib çatmışdır ki, bəzən bir Quran ayəsinin fərqli təfsirinə görə müxtəlif məzhəblərə mənsub müsəlmanlar arasında münaqişə baş vermişdir.