Материалы

Quranı-Kərimin Ayələri Konteksində Birlikdə Yaşama Hüququ Quranı-Kərimin Ayələri Konteksində Birlikdə Yaşama Hüququ

Mirniyaz Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Автор

Аннотация

Mədəniyyətlərin təşəkkülündə müstəsna yeri olan dinlər arasındakı mövcud problemlərin düşmən axtarma ehtiyacı, irqçiliyi ön plana çıxaran milliyyətçilik, qarşı tərəfi dərindən tanımamaq kimi bir çox ictimai-siyasi səbəbi vardır. Fikrimizcə, buradakı başlıca faktor insanların məhz öz inanc sistemlərini doğru dərk etməmələri, dinlərinin əsas prinsiplərini bilməmələridir. Heç bir din düşmənçiliyi təbliğ etməz. Xüsusilə təktanrılı dinlər İbrahim peyğəmbərin gətirdiyi inanc sistemi içərisində yer alaraq, bir-birini davam etdirmişlər. Onların inanc sistemlərindəki bənzərliklərlə yanaşı, əhatə etdikləri əxlaqi hökmlər, demək olar ki, eynidir. Əxlaqlı, fəzilətli, ədalətli həyat tərzi, dostluq, sevgi, qarşılıqlı hörmət düşüncəsi səmavi dinlərin müştərək xüsusiyyətləridir.
Yəhudilər və xristianlar üçün Əhdi-Ətiqdəki 10 əmrə əməl etmək vacibdir. Burada öldürmək, oğurluq etmək, qonşuya xəyanət etmək kimi qadağalar və oxşar əxlaqi prinsiplər əslində ümumbəşəri dəyərlərdir. On əmrlə irəli sürülən bu müddəalar nəinki İslam dinində mövcuddur, hətta İslama görə insan hüquqlarının tapdalanması Allahın bağışlamayacağı günahlardan hesab edilir.
İslam insanların cinsinə, dilinə, dininə, irqinə görə fərqli qruplara ayrılmasını təbii qəbul edir. Qurani-Kərimdə dillərin, irqlərin və dinlərin müxtəlifliyi Allahın varlığının dəlillərindən sayılır. Belə ki, “ər-Rum” surəsinin 22-ci, “Hud” surəsinin isə 118-ci ayələrində dil, irq və dinin fərqi ilahi hikmətin və imtahanın bir hissəsi olduğu bildirilir. Eyni şəkildə “əl-Maidə” surəsinin 48-ci ayəsində Allahın təyin etdiyi müxtəlif şəriətlərlə insanları sınadığı bildirilir və yaxşı işlər görməkdə yarışmaları tövsiyə olunur.
İnsanların yaşadıqları coğrafiyanın mədəniyyəti, adətənənələri, inanc sistemi onun kimliyinin formalaşmasında böyük rol oynayır. Bəziləri öz kimliklərini digərlərindən üstün sayır. “Əl-Hucurat” surəsinin 13-cü ayəsində Allah insanları bir qadın və bir kişidən yaratdığını və bir-birlərini tanımaları, kimliklərini bilmələri üçün xalqlara və qəbilələrə ayırdığını buyurmaqla, fərqli yaradılmanın kimlik qazanma və bu kimliklə tanınma funksiyası daşıdığını təsdiq edir. Bu ayəyə görə, fərqli sosial və etnik qruplara mənsub olmağı bir üstünlük vasitəsi olaraq görmək qəbuledilməzdir.
İnsanların birlikdə yaşama ehtiyacı birbaşa onun fitrəti ilə bağlı olduğu kimi, psixoloji və sosial-iqtisadi zərurətdən yaranır. Ona görə də cəmiyyəti təşkil edən fərdlərin birlikdə yaşaya bilmələri üçün onların milli və dini kimliklərindən asılı olmayaraq, aralarında qarşılıqlı hörmət, ədalət, yardımsevərlik və s. duyğuları yaranmalıdır. Qurani-Kərimdə birlikdə yaşamanın əsas prinsipləri həm fərdi, həm də ictimai olaraq vurğulanır. Fərdi olaraq nifrət, kin, təkəbbür, qısqanclıq və qeybət kimi başqalarına zərər verəcək hiss və hərəkətlərdən uzaq olub, bunların yerinə təqvalı, səbirli, iffətli, dürüst olmaq tövsiyə olunur. Yardımsevərlik, əmanətə xəyanət etməmək, yoxsulların haqqını vermək, qonşularla yaxşı dolanmaq, ədalətli olmaq kimi xüsusiyyətlər isə ictimai əxlaqın əsas müddəaları kimi irəli sürülür.