Proceedings

Gəncə Şəhərinin Tarixi Məhəllələrində Birgəyaşayış Mədəniyyətinin Ənənələri Gəncə Şəhərinin Tarixi Məhəllələrində Birgəyaşayış Mədəniyyətinin Ənənələri

Elnur AMEA Gəncə Bölməsinin baş mütəxəssisi Author

Abstract

Ölkəmizin qədim tarixə malik elm və mədəniyyət mərkəzlərindən olan Gəncə şəhəri əsrlərboyu birgəyaşayış mədəniyyətini səciyyələndirən milli-mənəvi dəyərləri ilə seçilmişdir. Burada milli, dini mənsubiyyətindən asılı olmayaraq, insanlar daim sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bir məqamı qeyd etmək kifayətdir ki, 1897-ci il siyahıyaalınmasına görə, Gəncə şəhərinin Dulusçular, Şərbaflar, Boyaqçılar, Dəmirçilər, Misgərlər, Zərrabi, Əttarlar kimi qədim sənətkarlıq məhəllələrində əhalinin milli tərkibi aşağıdakı kimi idi:
– azərbaycanlılar 27436 nəfər; çuvaşlar 34 nəfər; qaraçaylar 6 nəfər; qumuqlar 2 nəfər; türkmənlər 4 nəfər; qırğızlar 1 nəfər; avarlar 103 nəfər; darginlər 2 nəfər; udinlər 4 nəfər; qazıqumuqlar 118 nəfər; çeçenlər 7 nəfər; inquşlar 6 nəfər; çərkəslər 4 nəfər; velikoruslar 2519 nəfər, maloruslar (ukraynalılar) 215 nəfər, beloruslar 1 nəfər, polyaklar 240 nəfər, çexlər 12 nəfər; litvalılar 37 nəfər; latışlar 4 nəfər; karellər 8 nəfər; estonlar 3 nəfər; votyaklar 3 nəfər; macarlar 1 nəfər; moldovanlar 1 nəfər; fransızlar 4 nəfər; italyanlar 13 nəfər; almanlar 103 nəfər; ingilislər 6 nəfər; yunanlar 5 nəfər; farslar 39 nəfər; kürdlər 3 nəfər;slavyanlar 11 nəfər; osetinlər 20 nəfər; yəhudilər 93 nəfər; aysorlar 9 nəfər; gürcülər 486 nəfər; acarlar 1 nəfər; immeretiyalılar 5 nəfər; minqrel 13 nəfər; lazlar 7 nəfər və başqaları.
Bir məqamı xüsusi qeyd etmək zəruridir ki, şəhərdə müasir dövrümüzə qədər qorunub saxlanılmış on doqquz məscid, dörd türbə, iki məqbərə, İmamzadə abidəsi kimi İslam mədəniyyətinə aid yerli memarlıq inciləri ilə yanaşı, İslamaqədərki dövrə aid Alban məbədləri, kilsələr, həmçinin XIX əsrdə inşa edilmiş xristian və iudaizm dinlərinə aid abidələr də mövcuddur. Ölkəmizin qərb bölgəsindəki ən qədim pravoslav kilsələrindən biri Gəncə şəhərinin Dabbaqlar məhəlləsində yerləşir və müasir dövrümüzə qədər xristian möminlər burada dini ayinlərini yerinə yetirir, mühüm tarixi tarixləri və bayramlarını qeyd edirlər. Bu qədim məbəd mühüm tarixi və memarlıq abidəsi kimi qorunur və şəhər sakinləri pravoslav möminlərə hörmət və ehtiramla yanaşırlar.
Qeyd etmək lazımdır ki, ölkəmizdə ən böyük və qədim Alman lüteran kilsələrindən biri şəhərin vaxtilə alman əhalisinin yaşadığı Əttarlar məhəlləsində yerləşir və mühüm tarixi-memarlıq abidəsi kimi mühafizə edilir. Şəhərin əksər əhalisinin müsəlman olmasına baxmayaraq, Gəncə sakinləri əsrlərdən bəri qədim Alban xristian məbədlərinə, həmçinin gürcü kilsəsinə və digər abidələrə xüsusi hörmətlə yanaşırlar. Gəncə Yəhudilər küçəsi, Ləzgilər məhəlləsi, Lahıc məhəlləsi kimi yaşayış məskənlərinin olduğu, fərqli millətlərin və milli azlıqların sülh şəraitində əsrlərboyu yaşadıqları azsaylı şəhərlərdən biridir. Səbəb isə bu şəhərdə, ümumiyyətlə, ölkəmizdə birgəyaşayış mədəniyyətinin qorunması, multikultural, tolerant dəyərlərə sadiqliyin mövcudluğudur.
Gəncə şəhərinin çoxəsrlik tarixinin qoruyucuları olan tariximemarlıq abidələri, o cümlədən qədim İmamzadə türbəsi islamiprinsip və dəyərləri ehtiva edərək sülhün, əmin-amanlığın qoruyucusu qismində çıxış edir. İslam mədəniyyəti və tarixinin rəmzi olan bu abidə burada mövcud olan saf, müqəddəs ilahi mühit xalqımızın birliyinin, vəhdətinin, həmrəyliyinin təbliğinə xidmət edir.
1930-cu ildən 1944-cü ilə qədər İmamzadə kompleksinin bəzi yardımçı binaları (hücrələri) kimsəsiz uşaqlar üçün sığınacaq kimi istifadə edilib. Bu müqəddəs məkanda Böyük Vətən müharibəsi illərində müxtəlif millətlərin nümayəndələri olan yeniyetmə və gənclər təmənnasız olaraq yaşamış, onlara müxtəlif peşələr tədris edilmişdir. Bu gün müqəddəs İmamzadə ocağına hələ də müxtəlif dini inanc tərəfdarları olan və artıq yaşa dolmuş ahıl insanlar minnətdarlıq hissi ilə ziyarətə gəlirlər.
Gəncə İmamzadə türbəsi xalqımızın yüksək dini tolerantlıq, dözümlülük mədəniyyətinin də təsbitinə şərait yaradır. Etnik, mənəvi-ideoloji xüsusiyyətlərimiz arasında özünəməxsus yeri olan və dünya xalqları üçün həqiqi nümunə kimi göstərilə bilən bu nəcib insani keyfiyyətimiz ölkəmizin digər ziyarətgahlarında olduğu kimi, İmamzadədə də qorunub saxlanılmışdır. Təsadüfi deyildir ki, Gəncənin qədim tarixə malik İmamzadə ziyarətgahına və digər mühüm tarixi məkanlarına müxtəlif dinlərə mənsub olan qeyri-müsəlman ziyarətçilərin heç bir ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmadan abidələri ziyarət edə bilmələri xalqımızın yüksək birgəyaşayış mədəniyyəti dəyərlərinə sadiqliyinin göstəricisidir.