Azərbaycan Müsəlman Mədəniyyətində El Köməyi Adətlərinin Rolu
Xülasə
Azərbaycanda qədim dövrlərdən bəri mövcud olan və daha sonra İslam mədəniyyətinin tərkib hissəsi kimi inkişaf edən birgəyaşayış prinsiplərini şərtləndirən başlıca ənənələr sırasında el köməyi adətləri mühüm rol oynamışdır. Etnik və dini müxtəliflik mühitində formalaşan qarşılıqlı yardım formaları, yaxud el köməyi adətləri ilk dövrlərdə kiçik ictimai kollektivlər, sonralar isə ölkənin ayrı-ayrı etnoqrafik bölgələri arasında sosial əlaqələrin və mənəvi birliyin güclənməsinə zəmin yaratmışdır. Bu isə Azərbaycanda yaşayan müxtəlif etnos və milli azlıqların bütövləşərək, vahid xalq kimi formalaşmasına öz təsirini göstərmişdir.
İbtidai mərhələdən sosial institut səviyyəsinə qədər inkişaf edən el köməyi adətləri təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, habelə ailə və ictimai məişətlə əlaqədar müxtəlif proseslərdə xalqın tarixi irsi kimi özünə yer tutmuşdur. Xalq arasında mənəvi birliyin formalaşması və inkişafını şərtləndirən amil kimi, bu adətlər zəruri hallarda cəmiyyətdə fərdi, yaxud kollektiv şəkildə el köməkliyini ifadə etmişdir.
Azərbaycanda el köməyi adətlərinin yaranması ilk mərhələdə iqtisadi amillər və istehsal üsulunun ictimai xarakterindən irəli gəlsə də, onun mənəvi zəruriliyinin təminatı və bütövlükdə ənənə olaraq qəbul edilməsinin ən başlıca səbəbləri İslam dininin humanist prinsipləri ilə bağlı idi. Belə ki, İslam dinində ehtiyaclı insanlara əl tutmaq, ictimai faydalı işlərdə qarşılıqlı yardım haqqında çağırışlar xalqın məişət və mədəniyyətində dərin iz buraxmış və onun mənəvi dünyasında el köməyi adətlərinin fundamental əsaslarını formalaşdırmışdır.
Tarixi-etnoqrafik tədqiqatlar göstərir ki, təsərrüfatın müxtəlif sahələrində, eyni zamanda, ictimai həyatda mövcud olan əvrəz, iməcilik, şəriklik, ortaqlıq, damazlıq, hoy, avaca, cey və digər qarşılıqlı yardım formaları insanların həmrəyliyi zəminində əhalinin əmək fəaliyyətinin təsiri altında cilalanan mənəvi-ictimai düşüncə tərzinin və bütövlükdə birgəyaşayış psixologiyasının formalaşmasında həlledici rol oynamışdır.
Ənənəvi təsərrüfat sahələri ilə yanaşı, ailə məişəti ilə də bağlı müxtəlif el köməyi adətləri icra edilmiş, toy və digər şadlıq mərasimlərinin keçirilməsində xalqımız həmişə bir-birinə arxadayaq durmuşdur. Qeyd edək ki, əsrlərboyu belə adətlər dəfn və yas mərasimlərində də mühüm rol oynamışdır.
Beləliklə, Azərbaycan müsəlman mədəniyyətində el köməyi adətlərinin rolu zaman-zaman genişlənmiş və İslam dininin təsiri altında daha da cilalanaraq, xalqımızın mənəvi birliyinin zəruri amilinə çevrilmişdir.

Açar sözlər
müsəlman mədəniyyəti, əvrəz, iməcilik, künəlgə, avaca