Şeyx Zahid İrfanı Bölgədə Birgəyaşayışın Göstəricisi Kimi Şeyx Zahid İrfanı Bölgədə Birgəyaşayışın Göstəricisi Kimi
Abstract
Sufizm Orta əsrlərdə İslam aləmində geniş yayılmış dinifəlsəfi, mistik mənəvi-əxlaqi düşüncə və davranış sistemi olmuşdur. Bu sistemin Azərbaycandakı məşhur nümayəndələrindən biri də Şeyx Zahid Gilani olmuşdur.
Şeyx Zahid dövrünün tanınmış ziyalısı, böyük sufi alimi, filosof, müəllim və şair olmuşdur. O, 1215-ci il martın 21-də indiki Lənkəran rayonunun Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açmışdır. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra, Lənkəranın Siyavar kəndinə köçmüşdür.
Şeyx Zahid dövrünün görkəmli ictimai xadimləri ilə möhkəm əlaqə saxlayırdı. Məsələn, o, 3 dəfə Elxani hökmdarı Qazan xanla (1295-1304), monqolların hakimiyyəti dövründə iyirmi ildən artıq Ərdəbildə baş vəzirlik etmiş Şəmsəddin Məhəmməd Cüveyni ilə görüşmüşdür. Şeyx Zahid ömrünün çox hissəsini
Gilanda, sonralar isə Muğanda yaşamışdır. Onun Siyavar, Hiləkəran və Gərmətükdə dini təbliğ edən nümayəndəliyi, Muğan, Şirvan və Marağada isə çoxlu şagirdləri olmuşdur.
Lənkəran mahalının Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən yüksək təhsil verən elm ocaqlarından biri olmaqla, eyni zamanda, indiki Lənkəran rayonunun məktəb tarixində ilk məktəblərdən sayılmışdır.
Şeyx Zahid türbəsi respublikamızın tanınmış ziyarətgahlarından biridir. Buraya müxtəlif yerlərdən, hətta qonşu ölkələrdən ziyarətə gələnlər olur. Türbə eyni zamanda dini-tarixi abidədir.
Azərbaycanın, onun dilbər guşələrindən biri olan Lənkəranın multikultural, tolerant dəyərlərinin daha qədimlərə gedib-çıxdığını görürük. Yuxarıda verilən məlumatlara və aparılan tədqiqatlara əsasən, Şeyx Zahid Gilaninin sufi təriqətinin nümayəndəsi və davamçısı olduğu görünür. Araşdırmalardan aydın olur ki, hazırda onun adına inşa edilən türbə Lənkəran rayonunun Şıxəkəran kəndindədir və həmin kənd, eləcə də ona yaxın olan ərazilər İslamın şiə təriqətinə etiqad edirlər. Bütün bunlara baxmayaraq, Şeyx Zahid xalq tərəfindən böyük hörmətlə qarşılanır, xatirəsi əziz tutulur. Lənkəran və ətraf rayonlardan bura gələnlər, eləcə də ölkəmizə səfər edən turistlər türbəni tez-tez ziyarət edir, xüsusilə Məhərrəmilik mərasimlərində, Aşura günlərində mütəfəkkirin ruhuna ehtiram əlaməti olaraq türbəsi ziyarət edilir, xatirəsi hörmətlə anılır.