XIX-XX Əsrin Əvvəllərində Şirvan Bölgəsində Bəzi Etnomədəni Proseslər (Azərbaycanlı və Rus Əhalisinin Birgəyaşayış Mədəniyyəti Nümunəsində)
Xülasə
Şirvanda əhali bəylərdən, ruhanilərdən, tacirlərdən və sənətkarlardan, əkinçi və maldarlardan ibarət idi. Əhalinin əsas hissəsi Azərbaycan türklərindən ibarət olan bölgədə Rusiyanın ucqar vilayətlərindən köçürülmüş rus təriqətçilərindən duxoborlar, malakanlar və digərləri 300 nəfər, yəhudilər 25 nəfər, müsəlmanlar isə 16 250 nəfər təşkil edirdilər (hər iki cins daxil olmaqla).
1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürüldüyündən, Şamaxı Bakı quberniyasının tərkibində idi. Şamaxı qəzasında qəza idarə sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917) məlumatına görə, qəzanın sahəsi 6625,99 verst (7553,64 km) idi. Burada 133 800 nəfər əhali yaşayırdı. Onların 132 362 nəfəri yerli sakinlər, 1 438 nəfəri isə müvəqqəti yaşayanlar idi. Əhalinin 97 min nəfərini azərbaycanlılar təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada ruslar da məskunlaşdırılmışdı. 17 656 nəfər rusun 1511-i pravoslav,16145-i sektaçı idi (sektant). Digər məlumata əsasən, Şamaxıda hər iki cins daxil olmaqla, əhalinin sayı 20 000nəfərə çatır, onlardan ¾ müsəlmanlardan ibarət idi. Bölgənin müsəlman əhalisi qeyri-müsəlman əhali ilə sülh və dözümlülük şəraitində, birgəyaşayış tərzini əsas götürərərk yaşayırdı. 1853cü il üçün şəhərin gəlir və xərcləri barədə məlumat verilərkən dükan və karvansaralar, zavod və dəyirmanlar, bağça və şəhərlər, boyaqxana və ticarət obyektlərinin adları çəkilir. Digər əsas mənbələrdə Kürdəmir pristavlığında fabrik və zavodların mövcudluğu barədə məlumat verilmişdir. Adları qeyd olunan müəssisələrdə müsəlman əhali ilə bərabər qeyri-müsəlman əhali də çalışırdı.
Araşdırılan problemlə bağlı olan mənbələrdə Şirvanın inzibati və təhsil binalarının göstərilməsi labüd və zəruridir: Şamaxıda yeni yaradılmış şəhər bağı, qəza məktəbi və tədris müəssisəsi – Müqəddəs Nina məktəbi, biri şiə, digəri sünnü olmaqla Məhəmməd məktəbi, hospital, ərzaq dükanı vardır. 1869-cu ildə Bakı quberniyasında mövcud olmuş Şamaxı qəza məktəbi Xalq Maarif Nazirliyinin tabeliyinə daxil idi. Bu məktəbdə isə 7 müəllim işləyir, 61 şagird təhsil alırdı. Şamaxı şəhərində isə 3 müəllimin dərs dediyi və 26 şagirdin təhsil aldığı 3 sinifli şəxsi məktəb fəaliyyət göstərirdi. Bundan əlavə, Şamaxı şəhərində bəzi dünyəvi məktəblər mövcud idi. Qeyd olunmalıdır ki, Mərəzə kəndində malakan uşaqları üçün ayrıca məktəb təşkil olunmuşdu. Belə ki, Şamaxı qəza məktəbində təhsil alan şagirdlərdən 10-u rus, 17-si azərbaycanlı idi. Buna baxmayaraq, Azərbaycan kəndlərində məscidlərdə təhsil alan şagirdlər yalnız ərəb dilində təhsil alırdılar. Göründüyü kimi, təhsil müəssisələrində də müsəlman əhali ilə qeyri-müsəlman əhaliyə bərabər imkanlar yaradılmışdı.
Mövzu araşdırılarkən qeyd olunan dövrə aid arxiv və ədəbiyyat əsas mənbə rolunu oynamışdır.

Açar sözlər
Şirvan, müsəlman, birgəyaşayış, əhali, məişət, təhsil