Azərbaycanda XIX Əsr İslahatçılıq Hərəkatının Vəhdət Prinsipləri
Xülasə
Müsəlman cəmiyyətlərində intibah mövzusu çalarlı məsələlərdən biridir. Belə ki, məsələyə Avropa renosansı istiqamətindən yanaşaraq, islahat hərəkatı deyənlərlə yanaşı, xüsusilə Şərq tədqiqatçıları “dirçəliş, əhya, təcdid, təcəddüd” və digər terminləri ilə bir-birinə yaxınmənalı, ancaq fərqli kontekstlər irəli sürmüşlər. Qeyd edək ki, əgər islahat hərəkatı əksər hallarda Qərb aləmində meydana gələn renosans tipli ictimai-sosial hadisə kimi qəbul edilirdisə, müsəlman cəmiyyətlərində ictimaiyyəti xurafat və batil inanclardan təmizləyərək, İslam dininin saflığını qoruma və dinin əsl kimliyini insanlara çatdırma hərəkatı təcdid adlandırılaraq, bir islahat hərəkatı kimi qəbul edilirdi. Məhz bu mənada təcdid hərəkatının nümunələri çoxdur, həm də onlar özlərini mücəddid adlandırırdılar.
Azərbaycan tarixində mücəddidi hərəkatının nümunələrinə XIX əsrin əvvəllərindən rast gəlmək mümkündür. Mədəniyyətlər qovşağında yerləşən Azərbaycan tarixən böyük sivilizasiya yolu keçmişdir. Məhz buna görədir ki, meydana gələn ictimai meyarlar həm bölgədə, həm də digər müsəlman coğrafiyalarında tərəqqipərvər töhfələr və ümumbəşəri dəyərlər təqdim etmişdir. Bunun digər nümunəsi həmin təcdid hərəkatının töhfələridir.
Qapalı qutu rejimindəki sovet dövlətinin yıxılmasından sonra, bu məkanda gün işığına çıxan arxivlərimiz göstərir ki, sözügedən səpkidə Azərbaycan ənənəsinin İslam mədəniyyəti üçün bəxş etdikləri heç də az deyildir. Tədqiqatlar nəticəsində məlum olur ki, bu ənənə eyni zamanda özünün yenilikləri ilə də seçilir. Belə ki, fərqli mədəniyyətlərin və konfessiyaların birgəyaşayış arzusunu həyata keçirmək üçün bölgəyə xas prinsiplərin təşəkkül etdiyinin şahidi oluruq. Milli-mənəvi dəyərlərin bir parçası olan ənənəvi müsəlmançılıq məhz bu dəyərlərdəndir. Məhz XIX əsrdə Azərbaycanın, xüsusilə də şimal-qərb bölgəsində yayılan Şirvani məktəbi bu dövrdə xalqın üzərində tüğyan edən təfriqə və iğtişaşlara qarşı vəhdət konsepsiyalarından çıxış etmişdir. İstər təcdid hərəkatı kimi xalqın müsəlmançılığı baxımından aparılan islahat fəaliyyətləri, istərsə də Çar Rusiyasının məzhəblərarası təfriqəçilik siyasətinə qarşı verilən mücadilə bu məktəbin uğurla başa vurduğu dində qardaşlıq ideyaları nəticəsində ərsəyə gəlmişdir. Həmçinin fərqli din mənsubları ilə müsəlmanlar arasında qurulan ünsiyyət formaları təqdirəlayiq nümunələrlə zəngindir. Belə ki, ictimai həyatda yüksələn dəyərlərin məhz İslam dini dəyərləri olmaqla digər din mənsubları ilə birgə qurulan sosial həyat tərzi birgəyaşayış örnəklərinin bölgəyə xas nümunələrini əks etdirmişdir. Bu kimi dəyərlərin ictimai həyatda təzahür etdirilməsi xarici qüvvələrin siyasətinə əngəl olduğu üçün çox böyük maneələr və təzyiqlərə məruz qalırdı. Buna rəğmən bu məktəb öz prinsiplərindən heç vaxt geri çəkilməmiş, hər bir çətinliyin qarşısında mənəviyyat fəlsəfəsi zəruriliyinin ictimai məsuliyyətinin tam öhdəsindən gələ bilmişdir. Qeyd edək ki, XIX əsrdən etibarən İsmayıl
Siracəddin Şirvani (v. 1848) ilə mədrəsə zəminində yayılan maarifçilik hərəkatı bölgədə yüz il ərzində ictimai baxımdan böyük islahatçılıq həyata keçirdi. Kamil insan prinsipləri aşılayaraq genişlənən bu hərəkat ictimaiyyətdə maariflənmə və vəhdət kimi bigəyaşayış ənənələri həyata keçirdi. Bu, bəzi Qafqaz xalqlarının azadlıq hərəkatına dinamizm qazandırmış oldu. Qərb tədqiqatçılarının diqqətini cəlb edən bu hərəkat, əslində, XIX əsr müsəlman cəmiyyətlərindəki islahatçlıq hərəkatının “təcdid” (yenilik) nümunəsi kimi ortaya çıxmışdir. Dini dəyələrin etibar qazanması, şübhələrə son qoyulması, İslamın ümumbəşəri prinsiplərinin əhya edilməsi ilə ictimaiyyətdə yüksələn dəyər kimi müsəlman həyat tərzinin hakim olması bu hərəkatın əsasını təşkil edən təcdid istiqaməti idi. Bunun nəticəsi olaraq sistemli bir təhsil ənənəsi ilə kökləşmiş elm-irfan hərəkatı bölgəyə xas bəzi nümunələr meydana gətirdi ki, bunun ən böyük töhfəsi dini mənsubiyyətinə və məzhəb müxtəlifliyinə baxmayaraq, bütün sosial qrupların bir tolerant mühitə qovuşaraq birgəyaşayış ənənəsindən bəhrələnmələridir.

Açar sözlər
Azərbaycan, İslam dini, birgəyaşayış, müsəlmançılıq, elm, irfan, mədrəsə, təcdid, islahat